Əlibaba Məmmədov vəfat etdi
AzVision.az xəbər verir ki, Xalq artisti 92 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.
Ə.Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradib ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.
Əlibaba Məmmədovun xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, "Azərbaycan SSR Əməkdar artisti" (18 may 1963), "Azərbaycan SSR Xalq artisti" (17 may 1989) fəxri adlarına, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), İstiqlal" ordeni (3 fevral 2010), Şərəf" ordeni (4 fevral 2020) mükafatlatına layiq görülüb.
AzVision.az
Teqlər: Xalqartisti







Vaxtında, Aydın, Lazımlı!


