"ASCO-nun Qara və Azov dənizlərindəki gəmiləri təhlükəsiz ərazilərdədir"

  "ASCO-nun    Qara və Azov dənizlərindəki gəmiləri   təhlükəsiz ərazilərdədir"
  28 Fevral 2022    Oxunub:2405
Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib.
ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev AzVision.az -a açıqlamasında bildirib ki, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib.

"Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Bundan başqa, yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Ruminiya sahillərinə gətirilib.
Ümumilikdə, hadisələrin gedişatını izləməkdəyik, gəmilərin və heyət üzvlərinin təhlükəsizliyi məqsədilə mümkün tədbirlər görülür və bundan sonra da zəruri tədbirlərin görülməsi davam etdiriləcək".

Aytən Zəhra
AzVision.az



Teqlər: ASCO  



Xəbər lenti