Ukraynada olan azərbaycanlı sürücülər Rumıniya ilə sərhədə çatıb

   Ukraynada olan azərbaycanlı sürücülər Rumıniya ilə sərhədə çatıb
  28 Fevral 2022    Oxunub:1455
Hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir. İlkin olaraq Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Hazırda nəqliyyat vasitələri Rumıniya ilə sərhədə çatıb və Rumıniyaya keçid üçün sənədləşməni gözləyirlər.
Bu barədə AzVision.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına istinadən xəbər verir.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir. Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin də təxliyəsi ilə bağlı işlər görülür, onlarla mütəmadi olaraq əlaqə saxlanılır", - nazirliyin açıqlamasında deyilir.

AzVision.az


Teqlər:



Xəbər lenti