Ukraynadan 176 vətəndaşımız Azərbaycana gətirildi - Fotolar

 Ukraynadan 176 vətəndaşımız Azərbaycana gətirildi -  Fotolar
  01 Mart 2022    Oxunub:4095
Ukraynadan Rumıniyaya təxliyə olunmuş 176 Azərbaycan vətəndaşı AZAL-ın təyyarəsi ilə Bakıya gətirilib.

AzVision.az xəbər verir ki, təyyarə 03:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, Rumıniya ilə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.



Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə isə Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 950 nəfər vətəndaşımız, Polşa Respublikasına 447 nəfər vətəndaşımız, Macarıstana 17 nəfər vətəndaşımız, Rumıniyaya 200 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 13 nəfər vətəndaşımız daxil olub.











Aytən Zəhra
AzVision.az

Qalereya




Teqlər: Ukrayna   AZAL  



Xəbər lenti