Üç ölkə Ukraynaya 70 təyyarə verəcək

   Üç ölkə Ukraynaya 70 təyyarə verəcək
  01 Mart 2022    Oxunub:2228
Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə verəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 təyyarəsi verir! Lazım gələrsə, Polşa aerodromlarından istifadə etməklə ukraynalı pilotlar döyüş tapşırıqlarını yerinə yetirəcəklər”, - məlumatda deyilir.

Bildirilib ki, Bolqarıstan Ukraynaya 16 ədəd MiQ-29 qırıcısı və 14 ədəd Su-25 hücum təyyarəsi, Polşa 28 ədəd MiQ-29, Slovakiya isə 12 ədəd MiQ-29 qırıcısı verəcək.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti