Hərbi hissədə taktiki təlim keçirilib

Hərbi hissədə taktiki təlim keçirilib
  01 Mart 2022    Oxunub:1252
Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.





AzVision.az



Teqlər: Təlim  



Xəbər lenti