İtkin düşən Natiq Qasımovun hekayəsi Park Cinema-da

Filmin rejissoru Karan Sinq öz izinə düşmək üçün Azərbaycan, İtaliya, Rusiya və Ermənistana səfər edib. O, erməni separatçılarının nəzarətində olan o vaxtkı işğal olunmuş Dağlıq Qarabağ torpaqlarına da gedib. Natiq Qasımovun anası rejissorla söhbətində itkin düşməsindən 30 il keçməsinə baxmayaraq hələ də onu gözlədiyini və sağ olduğuna inandığını etiraf edib.
"Park Cinema" kinoteatrlar şəbəkəsi qeyd edib ki, biletlərin satışından əldə edilən bütün vəsait Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış YAŞAT fonduna daxil olacaq. Fondun əsas məqsədi hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş şəhid ailələrinin və əlillərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən vətəndaş cəmiyyəti təşəbbüslərinin həyata keçirilməsi çərçivəsində tədbirlər görməkdən ibarətdir.
AzVision.az
Teqlər: