Belarus Rusiya-Ukrayna müharibəsinə qoşuldu - VİDEO

   Belarus Rusiya-Ukrayna müharibəsinə qoşuldu -    VİDEO
  01 Mart 2022    Oxunub:2884
Belarus qoşunları Çerniqov vilayətinə daxil olub. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilir ki, Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumatına görə, faktı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirilov təsdiqləyib.

Belarusdan Ukraynaya “İskəndər” raketi atıldı - Video
- Belarus müharibəyə qoşulub. Artıq Belarus qoşunları Çerniqov vilayətinə daxil olub, - məlumatda deyilir.

Qeyd edilir ki, Slabin, Pakul və Mixaylo-Kotsyubinski kəndlərinin sakinləri də informasiyanın doğruluğunu təsdiqləyiblər. Burada üzərində ağ dairə çəkilmiş hərbi texnikaların hərəkəti müşahidə edilib.
Hərbi texnikanın hərəkəti mobil rabitələrin söndürülməsi ilə müşayiət olunur.

- Mixailo-Kotsiubinskinin yerli sakinlərinin sözlərinə görə, saat 11:30-da Belarusa məxsus hərbi kolonu ərazidən keçib. 33 texnikadan 11-i Qrad olub. Mobil rabitə iflic olub, onlar Slabin və ya Pakul istiqamətində gedirlər.



Qeyd edək ki, iki gün öncə Belarusdan Ukraynaya “İsgəndər” raketləri atılması barədə məlumat yayılmışdı.Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko demişdi ki, Belarusla həmsərhəd olan Rivne vilayətində atışma olub.
“Bunun nə demək olduğunu bilirsinizmi? Lutsk, Rivne və Jitomir bölgələri yaxın günlərdə təkcə rusları deyil, belarus işğalçılarını da məhv etməyə hazırlaşmalıdılar!, - Geraşenko deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Ukrayna   Rusiya  



Xəbər lenti