Rusiya Ukraynada 6 minə yaxın hərbçisini itirib

 Rusiya Ukraynada 6 minə yaxın hərbçisini itirib
  01 Mart 2022    Oxunub:1741
Ukrayna Silahlı Qüvvələri indiyədək 6 minə yaxın Rusiya hərbçisini məhv edib, 200 nəfəri əsir götürüb.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk vasitəsilə xalqa videomüraciətində bildirib. Onun sözlərinə görə, Xarkov şəhərindəki Azadlıq meydanına zərbə endirdikdən sonra Rusiya terrorçu dövlətdir:

"Bizi sındırmaq, müqavimətimizi qırmaq üçün terror törədirlər. Onlar bizim paytaxtımıza doğru hərəkət etdikləri kimi Xarkova da girməyə çalışırlar. Ona görə də paytaxtın müdafiəsi dövlətimiz üçün başlıca məsələdir".

Qeyd edək ki, fevralın 28-də Rusiya qoşunları Xarkovda mülki obyektləri və yaşayış binalarını raket atəşinə tutub.

AzVision.az



Teqlər: Rusiya   Xarkov  



Xəbər lenti