Son sutkada 832 nəfər COVID-19-a yoluxub, 21 nəfər vəfat edib

   Son sutkada 832 nəfər COVID-19-a yoluxub,    21 nəfər vəfat edib
  01 Mart 2022    Oxunub:1125
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 786 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib. 9 362 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 865, bu günə qədər isə ümumilikdə 6 563 829 test icra olunub.

AzVision.az



Teqlər: COVID-19  



Xəbər lenti