DSX əməliyyat keçirib, saxlanılan var
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılıb. Onun Füzuli rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədov Tahir Məmmədqulu oğlu olması müəyyənləşdirilib, əlindəki idman çantası və bağlamaya baxış zamanı içərilərində ümumi çəkisi 14 kiloqram 200 qram narkotik vasitə (5800 qram “marixuana”, 4200 qram “heroin”, 2100 qram “tiryək”) və psixotrop tərkibli həblər (1900 ədəd “metadon-40”, 290 ədəd "Gabaprel 300”) aşkar olunaraq götürülüb.
Araşdırma zamanı göstərilən şəxsin eyni cinayətə görə əvvəllər məhkum olması müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


