Bakı-Sumqayıt qatarlarının bayram qrafiki

Bakı-Sumqayıt qatarlarının bayram qrafiki
  04 Mart 2022    Oxunub:1210
Sabah Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları iş, 6, 7 və 8 mart tarixlərində isə qeyri-iş günlərinin qrafikinə uyğun hərəkət edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Xatırladaq ki, Nazirlər Kabineti ötən gün “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti