Qanunsuz ovla bağlı cərimələr artırıla bilər

   Qanunsuz ovla bağlı cərimələr artırıla bilər
  04 Mart 2022    Oxunub:1437
“Azərbaycan ərazisində ov edənlərin 90 faizindən çoxu yerli vətəndaşlardır. Bunun cüzi hissəsi əcnəbilərdir”.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. Onun sözlərinə görə, 2021-2022-ci illər üzrə ov mövsümündə qaydaları pozan 38 xarici vətəndaş cərimələnib:

“Eyni zamanda 60-dan çox yerli vətəndaşlarımız ov qaydalarını pozub və cərimələniblər. Cari mövsümdə ov edən şəxslərdə hər hansı qeyri-qanuni hərəkətlər müşahidə olunursa və əməkdaşlarımız tərəfindən qeydə alınırsa, növbəti ildən onlara lisenziyaların verilməsi qadağan olunur. Bu eyni zamanda şirkətlərə də aid edilir. Bu barədə siyahı nazirlikdə mövcuddur və mütəmadi olaraq əlavələr olunur".

F.Əliyev əlavə edib ki, qanunsuz ovlama ilə bağlı cərimələrin məbləğinin artırılması üçün sənəd hazırlanıb və aidiyyəti üzrə göndərilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti