İlham Əliyevə “Liderlik Mükafatı” təqdim olunub

   İlham Əliyevə “Liderlik Mükafatı” təqdim olunub
  05 Mart 2022    Oxunub:1201
Azərbaycan Prezidenti İlham Əliyevə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı” təqdim olunub.
AzVision.az xəbər verir ki, mükafatı Prezident İlham Əliyevə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan təqdim edib.

Məlumata görə, Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

AzVision.az



Teqlər: Prezident   Mükafat  



Xəbər lenti