“Kənddən Şəhərə” gələn məhsullar ən ucuz qiymətə yarmarkada - Fotolar

 “Kənddən Şəhərə” gələn məhsullar ən ucuz qiymətə yarmarkada -  Fotolar
  05 Mart 2022    Oxunub:3523
"Bakı və Abşeronda təşkil edilən “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirilir".
AzVision.az xəbər verir ki, bunu Aqrar Tədarük və Təhcizat ASC-nin nümayəndəsi Qalib Bəhrəmov deyib. O bildirib ki, yarmarkalarda iştirak ödənişsiz və hər bir fermer məhsulunu burada sata bilər:

“İştirakçılar piştaxta, tərəzi və digər ləvazimatlarla pulsuz təmin olunub. Satşa çıxarılan məhsulların qiyməti fermerlərin özləri tərəfindən müəyyənləşib. Biz onlara təklif etmişik ki, qiymətləri münasib etsinlər. Çünki onlardan ödəniş alınmır. Digər yerlərlə müqayisədə burada məhsulların qiymətində 10, 15 faiz qiymətlərdə fərq var”.

Qeyd edək ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında təşkil olunan “Kənddən Şəhərə” həftəsonu yarmarkaları martın 7-dək fəaliyyət göstərəcək.














Aytən Zəhra
Foto: Anar Bayramlı

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti