Bu gün 100-dən çox azərbayanlı Xarkovdan təxliyə edilib

   Bu gün 100-dən çox azərbayanlı Xarkovdan təxliyə edilib
  05 Mart 2022    Oxunub:1597
Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb.
Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan AzVision.az -a bildirilib ki, şəhərdə vəziyyət ağır olaraq qalmaqdadır.

"Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib.

Çerkaskie Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir",- məlumatda bildirilib.

AzVision.az



Teqlər: Xarkov   Azərbaycanlı  



Xəbər lenti