Temperatur aşağı düşəcək, yağış yağacaq - Xəbərdarlıq
Onun sözlərinə görə, ötən günlər ərzində düşən yağıntı Abşeronda 36 faiz, ölkənin şimalında isə aylıq normanın yarıdan çoxunu təşkil edib: "Böyük və Kiçik Qafqazın dağ çaylarında suyun səviyyəsi 7-10 sm, Kürün yuxarı axında isə 26 sm yüksəlib".
Xidmət rəisi qeyd edib ki, yaxın üç gündə havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilsə də, martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq: "Temperatur Abşeronda fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək. İkinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


