Nazirlər Ukraynadakı vəziyyəti müzakirə edib
“Artıq itkilərin, qurbanların sayı artır. Bu məsələdə həm Azərbaycan, həm də Türkiyə beynəlxalq təşkilatlarda çox məsuliyyətli mövqe sərgiləyir. Azərbaycan dövləti məsələlərin beynəlxalq hüquqa əsaslanaraq dialoq vasitəsilə həllinin tərəfdarıdır. Ukrayna və Rusiya arasında danışıqların iki raundu keçirilib. Bu danışıqların davam etməsi olduqca vacibdir. Ümid edirik ki, bu danışıqlarda hansısa müsbət nəticə əldə oluna bilər”, -Bayramov bildirib.
Nazir qeyd edib ki, Ukraynada olan vətəndaşların təxliyəsi zamanı hər iki ölkənin diplomatik nümayəndəlikləri birlikdə çalışır: “Təxliyə prosesi zamanı Türkiyə və Azərbaycan vətəndaşları arasında heç bir fərq qoyulmur”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


