Sülhməramlıların olduğu ərazidə sərvətlərin istismarının qarşısı alınıb

   Sülhməramlıların olduğu ərazidə  sərvətlərin istismarının qarşısı alınıb
  09 Mart 2022    Oxunub:2120
2021-ci il ərzində Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində xüsusilə təbii sərvətlərin istismarı, infrastruktur və sosial obyektlərin inşası kimi qanunsuz fəaliyyətlərin, həmçinin həmin ərazilərə qanunsuz səfərlərin qarşısının alınması istiqamətində tədbirlər görülüb və müvafiq nəticələr əldə edilib.
AzVision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Bildirilib ki, həmin ərazidə qanunsuz telekommunikasiya xidmətlərinin qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə atılmalı vacib addımlardan biri kimi, Azərbaycanın inzibati ərazi vahidlərinin rəsmi qaydada standartlaşdırılmış adlarına müvafiq olaraq yenilənmiş Milli Nömrələmə Planı Beynəlxalq Kommunikasiya İttifaqına (BTİ) təqdim edilərək təsdiq etdirilib və BTİ-nin növbəti Bülletenində dərc olunaraq internet səhifəsində yerləşdirilməsi təmin edilib.

AzVision.az



Teqlər: Sülhməramlı   Qarabağ  



Xəbər lenti