Uşaqları dilənçiliyə cəlb edən 75 valideyn cəzalandırılıb
AzVision.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Hesabat ilində uşaqlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları dilənçiliyə cəlb edən 75 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyəti yanında komissiyalara göndərilib.
Valideynlərdən 26 nəfəri profilaktik nəzarətə götürülüb, digərləri ilə fərdi qaydada söhbətlər aparılıb.
AzVision.az
Teqlər: Dilənçilik







Vaxtında, Aydın, Lazımlı!


