Avtobuslar üçün qaz və elektrik mühərriki tələbi 2025-ci ildə qüvvəyə minəcək

   Avtobuslar üçün qaz və elektrik mühərriki tələbi 2025-ci ildə qüvvəyə minəcək
  09 Mart 2022    Oxunub:1337
2025-ci ilə qədər avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblərin müvafiq bəndində “2022-ci” sözləri “2025-ci” sözləri ilə əvəz edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti