Müdafiə Nazirliyinin keçmiş idarə rəisi saxlanılıb

   Müdafiə Nazirliyinin  keçmiş idarə rəisi  saxlanılıb
  10 Mart 2022    Oxunub:2109
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş yüksək rütbəli zabiti saxlanılıb. AzVision.az xəbər verir ki, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev tutulub.
Polkovnik külli miqdarda mənimsəmədə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, Fikrət Mirzəyev 2020-ci ilin iyun ayında vəzifəsindən azad edilib. Son günlər Müdafiə Nazirliyində bir neçə yüksək vəzifəli şəxslər həbs edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti