Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  10 Mart 2022    Oxunub:1082
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 923 vaksin vurulub.
Bu barədə AzVision.az - a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 436, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20 885, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 250 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 202 557, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 311 055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 798 936, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 876 702, pozitiv nəticədən sonra buster doza olunanların sayı 215 864 təşkil edir.

AzVision.az


Teqlər:



Xəbər lenti