Prezidentlər Avropaya qaz təchizatının artırılması imkanlarını müzakirə edib

   Prezidentlər Avropaya qaz təchizatının artırılması imkanlarını müzakirə edib
  10 Mart 2022    Oxunub:1380
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
AzVision.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlət başçısını qarşılayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti