Amnistiya aktı bu günə qədər 15 450 nəfərə şamil edilib

   Amnistiya aktı bu günə qədər 15 450 nəfərə şamil edilib
  11 Mart 2022    Oxunub:1472
"Amnistiya aktı bu günə qədər 15 450 nəfərə şamil edilib. Onlardan 8626 nəfər cəzadan tam azad edilib. 6490 nəfərin cəza müddəti azaldılıb".
AzVision.az xəbər verir ki, bunu Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, 392 nəfərin cinayət təqibinə xitam verilib.

M.Ələkbərov qeyd edib ki, 2000-ci ildən bu vaxta qədər Azərbaycanın Cinayət Məcəlləsinə 1000-ə yaxın dəyişiklik edilib.

"Dövlət başçısının tapşırığı ilə cəzaların icrasına dair 200-dən artıq dəyişiklik edilib. Dəyişiklik nəticəsində qərarlardan şikayət verilmək, məhkumların pulsuz müayinələrdən keçirilməsi, onların telefonla danışmaq hüququ və digər hüquqlar təmin edilib. Bu prosesdə həmçinin 2200-ə yaxın məhkum cəzadan azad edilib".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti