86 Vətən müharibəsi iştirakçısı amnistiyaya düşüb

 86 Vətən müharibəsi iştirakçısı amnistiyaya düşüb
  11 Mart 2022    Oxunub:1670
Amnistiya Aktı tətbiq edilən Vətən müharibəsi iştirakçılarının sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib ki, Amnistiya Aktı 86 nəfər Vətən müharibəsi iştirakçısına şamil olunub.

Onun sözlərinə görə, son 2 ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yanında yaradılmış xüsusi komissiya tərəfindən sənədlərin məhkəmələrə göndərilməsi nəticəsində 3560 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Belə ki, komissiyanın səyi nəticəsində 840 məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. 2000-dən artıq təqsirləndirilən şəxsin həbs-qətimkan tədbiri məhkəmələr tərəfindən dəyişdirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti