Nazir BQXK prezidenti ilə itkin düşən azərbaycanlıları müzakirə edib
Nazir Ceyhun Bayramov itkin düşmüş şəxslərlə bağlı məkumatın əldə edilməsi, o cümlədən 1990-cı ilin əvvəllərindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və bunun doğurduğu humanitar fəlakət məsələsi müzakirə mövzusu təşkil edib. Tərəflər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın BQXK ilə mümkün əməkdaşlığı üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
AzVision.az
Teqlər: BQXK







Vaxtında, Aydın, Lazımlı!


