Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir

   Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir
  13 Mart 2022    Oxunub:920
Moskvada müasir Azərbaycan mədəniyyətinin və kinosunun görkəmli nümayəndəsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov ilə vida mərasimi keçirilir.
AzVision.az xəbər verir ki, mərasim Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində təşkil olunub. Görkəmli soydaşımız, məşhur incəsənət xadimi ilə vidalaşmağa gələnlər arasında mərhumun qohumları, dostları və yaxınları, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və səfirliyimizin əməkdaşları, elm və mədəniyyət xadimləri var.



AzVision.az


Teqlər:



Xəbər lenti