Ukraynadan təxliyə edilən azərbaycanlılar tədrisə cəlb olunur? - Rəsmi
“Övladlarının yerdəyişməsini təmin etmək üçün xarici ölkədən köçüb gələn valideyn və ya qanuni nümayəndə ilk növbədə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanına və ya ümumi təhsil müəssisəsinə müraciət etməlidir. Yerli təhsili idarəetmə orqanı tərəfindən təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirilir.
Şagirdin təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda isə I–XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır və təhsil alacağı sinfi müəyyənləşdirilir”, - qeyd olunub.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


