Gəncədə 17 yaşlı qızı zorlayan kişi həbs edildi

   Gəncədə 17 yaşlı qızı zorlayan kişi həbs edildi
  14 Mart 2022    Oxunub:2290
Gəncədə 17 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən 62 yaşlı Rəşid Gözəlov barəsində həbs qəti imkan tədbiri seçilib.

AzVision.az -ın əldə etdiyi məlumata görə, bu gün Kəpəz Rayon Məhkəməsində faktla bağlı keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və R.Gözəlov barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Gəncə şəhər sakini, 62 yaşlı Rəşid Gözəlov sağlamlıq imkanları məhdud olan 17 yaşlı qıza qarşı təcavüz etməkdə günahlandırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti