Bakıda dünya çempionunu qətlə yetirən şəxs saxlanıldı

   Bakıda dünya çempionunu qətlə yetirən şəxs saxlanıldı
  15 Mart 2022    Oxunub:787
Bakının Binəqədi rayonu ərazisində dünya çempionu Zaur Yusifovu marketdə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bunu AzVision.az - a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov deyib.

Xidmət rəhbəri bildirib ki, hadisə ilə bağlı keçirilən əmliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, dünya çempionu Zaur Yusifov dünən gecə saatlarında Bakının Binəqədi rayonu ərazisindəki marketlərdən birində odlu silahla qətlə yetirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti