Bakıda yeni velosiped yolları qurulur

Bakıda yeni velosiped yolları qurulur
  15 Mart 2022    Oxunub:1912
Şəhər mərkəzində velosiped yollarının tikintisi davam etdirilir. Təşkil edilən velosiped yollarına iki komponentli boyaların vurulmasına artıq başlanılıb. Şəhərin mərkəzi hissəsini əhatə edən 7.5 km uzunluqlda velosiped yolunun 1.6 km artıq yekunlaşıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az -a verilən məlumata görə, Bakı şəhərinin Baş Planına əsasən velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63.5 km, 2040-cı ilədək 251.2 km təşkil edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti