Şuşa, Ağdam, Zəngilanda hidrometroloji stansiyalar quraşdırılacaq

 Şuşa, Ağdam, Zəngilanda hidrometroloji stansiyalar quraşdırılacaq
  18 Mart 2022    Oxunub:976
İşğaldan azad edilmiş ərazilərdə 11 hidroloji stansiyanın 14 çay üzərində quraşdırılması istiqamərtində işlər yanvar ayından başlayıb və davam etdirilir. Artıq topoqrafik işlər yekunlaşıb.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, ərazinin mürəkkəbliyini, minalarlarla çirklənməsini nəzərə alaraq yaxın 2 ay ərzində proses bitəcək:

“Eyni zamanda bu il ərzində hidrometroloji stansiyaların Şuşa, Ağdam, Zəngilan rayonlarında quraşdırılması planlaşdırılır. Bu işlərin də il ərzsində icrası palanlaşdırılır”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti