Havası ən az çirklənən Bakı qəsəbələri

 Havası ən az çirklənən Bakı qəsəbələri
  18 Mart 2022    Oxunub:1894
İl ərzində müxtəlif fəsillərdə Abşeron yarmadasının qəsəbələrində monitorinq işləri aparılacaq. Qəsəbələrin atmosfer havasının çirklənməsinə görə reytinqi hazırlanır. Artıq qış dövründə monitorinq bitib. AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, Buzovna, Mərdəkan, Bilgəh, Şüvəlan, Fatmayi, Mehdiabad, Novxanı və Şıxov qəsəbələrində dövlət investisiyası çərçivəsində alınan mobil laboratoriyadan istifadə edilərək dəm qazı, kükürd qazı, hiodrogen sulfit, aozt oksidləri, Azot 4 oksid, Azot 2 oksid üzrə monitorinq işləri aparılıb:

“Bu ərazilərdə çirklənmə yol verilən qatılıq həddindən yüksək deyil, nisbətən aşağıdır. Ən azı dəm qazı il çirklənmə Şüvəlanda, Bilgəhdə və Nardaranda müşahidə olunub. Azot 4 oksidlə isə ən az çirklənmə Buzovna, Noxvanı və Fatmayıda qeydə alınıb. Tozun miqdarı isə ən az Buzovna, Şüvəlan və Mehdiabadda müşahidə olunub. Monitorinqlə eyni hava şəraitində aparılıb. Npvbəti monitorinq aprel-may aylarında aparılacaq”.

AzVision.az



Teqlər: Bakı   Qəsəbə  



Xəbər lenti