Rayonlarımızda yollarda vəziyyət necədir?

   Rayonlarımızda yollarda vəziyyət necədir?
  18 Mart 2022    Oxunub:1914
"Ölkə ərazisində müşahidə edilən hava şəraiti nəticəsində Muğanlı-İsmayıllı yolunun 2-3 nöqtəsində problemlər müşahidə edilirdi. Maşınlar ilişib qalmışdı, sonra ora yeznikalar cəlb olundu, yol açıldı".
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib. O bildirib ki, hazırda yolda problem yoxdur:

"Amma qar yağır və yenidən problem ola bilər. İsmayıllı-Lahıc yolunda da qar uçqunu olub, texnikalar işləyir, hərəkətin bərpası üçün iş görülür. Lakin sürücülərə müraciət edirik ki, kimin avtonəqliyyat vasitəsi qışa hazır deyilsə, naşı sürücüdürsə, aşağı yoldan istifadə etsin, o yola daxil olmasınlar. Çünki onların hərəkəti digər maşınların və bizim texnikaların da hərəkətinə mane olur. Artıq həmin əraziyə durmadan qar yağdığı üçün qonşu rayonlardan da texnika cəlb olunub. Məndə olan məlumata görə, hal hazırda yol açıqdır, problem yoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti