Ukrayna MN: "İndiyədək Rusiya 14 mindən çox canlı qüvvə itirib"

   Ukrayna MN:    "İndiyədək Rusiya 14 mindən çox canlı qüvvə itirib"
  19 Mart 2022    Oxunub:883
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibədə itirdiyi qüvvələrin yeni sayını açıqlayıb.
AzVision.az xəbər verir ki, Baş Qərargahın feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, indiyədək 14 400 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 466 ədəd tankı, 1470 ədəd zirehli döyüş maşını, 213 ədəd artilleriya sistemi, 44 ədəd havadan müdafiə sistemi, 95 ədəd hərbi təyyarəsi, 115 ədəd helikopteri, 914 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti