Moskva-Bakı reysi üzrə uçuşlar bərpa olunur

    Moskva-Bakı reysi üzrə uçuşlar bərpa olunur
  20 Mart 2022    Oxunub:684
Sabahdan Rusiya ilə Azərbaycan arasında müntəzəm uçuşlar bərpa olunur.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın "Aeroflot" şirkəti məlumat yayıb.

Bildirilir ki, ilk Moskva-Bakı reysi (SU-1852) yerli vaxtla saat 00:35- 04:50-da həyata keçiriləcək.

Qeyd edək ki, martın 5-də "Aeroflot" martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti