Qarlı və dumanlı havada yollarını azdılar - VİDEO

   Qarlı və dumanlı havada yollarını azdılar -    VİDEO
  20 Mart 2022    Oxunub:978
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.



AzVision.az


Teqlər:



Xəbər lenti