İçində adam olan 5 maşın qarda batıb

   İçində adam olan 5 maşın qarda batıb
  21 Mart 2022    Oxunub:1125
Cəlilabad rayonunun Kövüzbulaq kəndində, içərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalıb.
AzVision.az xəbər verir ki, bununla bağlı kömək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti