Meşələr Günündə 10 min ağac əkilib

Meşələr Günündə 10 min ağac əkilib
  21 Mart 2022    Oxunub:957
BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Azərbaycanda bu gün planetar əhəmiyyətə malik meşə ərazilərinin genişləndirilməsi işinə töhfə verməklə qeyd olunub.“Bu gün ölkənin Aran rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında ümumilikdə 5 hektar ərazidə 10 000 meşəcinsli ağac əkilib”.

AzVision.az


Teqlər: Aöac  



Xəbər lenti