Qarşıdakı 3 gündə dağlıq ərazilərdə qar yağacaq

   Qarşıdakı 3 gündə dağlıq ərazilərdə qar yağacaq
  21 Mart 2022    Oxunub:1448
Mart ayının 22, 23, 24-də Lənkəran-Astara bölgəsində-Masallı və Yardımlıda fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı, lakin ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir. AzVision.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, yağıntılı hava şəraiti ilə əlaqədar bölgənin çaylarında yüksək sululuğun artacağı ehtimal olunur.

AzVision.az



Teqlər: Qar   Dağ  



Xəbər lenti