Ərdoğan Şuşa Bəyannaməsini təsdiqləyib

   Ərdoğan Şuşa Bəyannaməsini təsdiqləyib
  23 Mart 2022    Oxunub:1141
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə qərar imzalayıb.
AzVision.az xəbər verir ki, dövlət başçısının qərarı "Resmi Gazetə”də dərc edilib.
Bununla da Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə minib.

Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Fevralın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanununu imzalayıb.

AzVision.az



Teqlər: Şuşa-Bəyannaməsi  



Xəbər lenti