Yağıntılar Kür çayında sululuğun artmasına səbəb olub

Yağıntılar Kür çayında sululuğun artmasına səbəb olub
  23 Mart 2022    Oxunub:989
"Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb".
Bunu AzVision.az - a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

"Son günlər yağan yağıntılar Kür çayında sululuğun artmasına və nəticədə duzluluğun azalmasına səbəb olub", - o bildirib.

A.Verdiyevin sözlərinə görə, Kürün aşağı axınında aparılan monitorinqlərin nəticələrinə görə, dünən olduğu kimi, bu gün də duzluluq norma daxilindədir. Bu da Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır.

AzVision.az



Teqlər: Kür  



Xəbər lenti