Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  23 Mart 2022    Oxunub:782
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6999 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 781, üç və daha çox doza vaksin vurduranların sayı 5542, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 343 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 375 580, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 815 285, üç və daha çox doza vaksin vurduranların sayı 3 015 906, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 224 663 təşkil edir.

AzVision.az



Teqlər: Peyvənd  



Xəbər lenti