"Yarıdan çox ukraynalı uşaq qaçqın düşüb" - UNICEF

   "Yarıdan çox ukraynalı uşaq qaçqın düşüb" -    UNICEF
  24 Mart 2022    Oxunub:1540
Bir aylıq müharibə Ukraynada 7,5 milyondan uşağın yarıdan çoxunun -4,3 milyon uşağın qaçqın düşməsinə səbəb olub.

AzVision.az xəbər verir ki, bu barədə UNICEF məlumat yayıb. Bildirilib ki, 1,8 milyondan çox uşaq qaçqın kimi qonşu ölkələrə köçüb. 2,5 milyon uşaq Ukrayna daxilində məcburi köçkünə çevrilib.
"Müharibə İkinci Dünya Müharibəsindən sonra uşaqların ən sürətli kütləvi köçkünlüyünə səbəb oldu. Bu, gələcək nəsillər üçün uzunmüddətli nəticələrə səbəb ola biləcək dəhşətli bir mərhələdir. Uşaqların təhlükəsizliyi, rifahı və əsas xidmətlərə çıxışı təhlükə altındadır. dəhşətli zorakılıq davam edir”, - deyə UNICEF-in icraçı direktoru Katherine Russell bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti