Zaqatalada ana doğuş zamanı öldü

   Zaqatalada ana doğuş zamanı öldü
  25 Mart 2022    Oxunub:1348
Zaqatalada gənc ananın doğuş zamanı ölməsi ilə bağlı cinayt işi başlanıb.
Zaqatala rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti