Ukraynada girov saxlanılan azərbaycanlı tələbə atasına zəng edib

Ukraynada girov saxlanılan azərbaycanlı tələbə atasına zəng edib
  26 Mart 2022    Oxunub:1490
Üç ildir Ukraynada təhsil alan azərbaycanlı tələbə Hüseyn Abdullayev girov götürülüb. Əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər.
Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib.

Onun oğlunu girov saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: "Hüseyn özü də bizlə danışıb, yaxşı olduğunu bildirdi".

Qeyd edək ki, H. Abdullayev Mariupol Universitetinin 3-cü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə rus hərbçiləri tərəfindən girov götürülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti