Qazaxda 3 nəfərin yaralandığı avtomobil qəzası baş verib

Qazaxda  3 nəfərin yaralandığı avtomobil qəzası baş verib
  26 Mart 2022    Oxunub:2770
Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AzVision.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Xəsarət alanlar 2004-cü il təvəllüdlü S.Abbasova, 1966-cı il təvəllüdlü M.Abbasova və 1971-ci il təvəllüdlü R.Abbasovdur. Onlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az



Teqlər: Qazax   Yol-Qəzası  



Xəbər lenti