Ağdamda buldozer minaya düşdü, xəsarət alan yoxdur
AzVision.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
Baş Prokurorluq da hadisə barədə məlumat yayıb.
Bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


