Silahlı Qüvvələr haqqında qanuna dəyişdi

   Silahlı Qüvvələr haqqında qanuna dəyişdi
  28 Mart 2022    Oxunub:1207
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təsdiqlənib.
AzVision.az xəbər verir ki, dəyişikliklə bağlı qanunu Prezident İlham Əliyev imzalayıb. Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № I, maddə 23) 9.6-cı maddəsində “Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə)” sözləri “Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə)” sözləri ilə, “tələbat” sözü “təminat” sözü ilə əvəz edilib.

AzVision.az



Teqlər: Ordu  



Xəbər lenti